Bakı metrosunda tüstüləmə baş verib, zəhərlənənlər var [video]

Bu gün, martın 15-i axşam saatlarında metronun “28 may” stansiyasından “Gənclik” stansiyasına gedən tuneldə tüstülənmə baş verib. Rəsmi məlumata görə bir neçə sərnişin zəhərlənib. Amma tələfat yoxdur. 
AzadlıqRadiosunun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb. Amma hələlik bu mənbənin nə olduğu açıqlanmayıb. Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcəyini bildirir.
Sərnişinlərin metronun “28 may” stansiyasına girişi bir müddət qapadılıb. Tüstülənmənin qarşısı alındıqdan sonra stansiyaya girişin yenidən bərpa edildiyi bildirilir.