Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) açılış mərasimi iyun ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Nazirin sözlərinə görə, BTQ dəhlizi Avropa ilə Çin arasında fasiləsiz dəmir yol əlaqəsini təmin edəcək.
O vurğulayıb ki, bu dəmir yolu vasitəsilə Çindən Avropaya yüklər 12-15 gün ərzində çatdırılacaq.