Bakıda çoxmərtəbəli bina yanır – [Yenilənir]

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
APA-nın məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
Yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
Müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.