Bakıda sərnişin avtobusu qaçırılıb

Bakıda sərnişin avtobusu qaçırılıb.
Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daewoo” markalı sərnişin avtobusu qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.
Bu haqda Abzas.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.