“Baku Airport Freezone” yaradılıb

“Baku Airport Freezone” MMC dövlət qeydiyyatına alınıb.
APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkət ötən il dekabrın 8-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkətin qanuni təmsilçisi Dbila Jaouad Abdessalam adlı şəxsdir.
“Baku Airport Freezone” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev adına Beynəlxalq Hava limanında (“Silkway” şirkətinin binası) yerləşir.