Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Bununla da martın 19-dan 27-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 51-ə çatıb. Həmin qəzalarda 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb.