Martın 9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü beynəlxalq idarə heyətinin 36-cı iclasında Azərbaycanın təşkilatdakı statusu ilə bağlı müzakirəni yekunlaşdırıb.
Abzas.net xəbər verir ki, İdarə Heyəti Azərbaycanın MSŞT-dakı faəliyyətini dayandırıb. Buna səbəb kimi ölkənin vətəndaş cəmiyyətini məhdudlaşdırmağı, təşəbbüsün çoxtərəfli iş və vətəndaş cəmiyyəti protokol tələblərini pozması göstərilir.
MSŞT-nın açıqlamasında deyilir ki, Azərbaycanın vətəndaş cəmiyyəti, xüsusuilə MSŞT-dakı və təbii resurs idarəetməsində çalışanların təhlükəsizliyi təmin etmək indi daha da çətinləşib.
İdarə heyəti bu və digər beynəlxalq təşəbbüslərdə hesabatlılıq üçün vətəndaş cəmiyyəti və ictimai dialoqun vacibliyini vurlayıb.
