Bloqqer Orduxan Teymurxanın qohumları azadlığa çıxıb

Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın inzibati qaydada həbs edilən qardaşı Xanlar Bəbirov və bacısı oğlu Səbuhi Zeynalov azadlığa çıxıblar.
Bu haqda onların vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bloqqerin yaxınlarının saxlanmasını bilavasitə onun fəaliyyəti, tənqidi düşüncələri ilə bağlı olduğunu deyib.
Bu il fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılmışdı. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilirdi.
Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.
Əvvəlki məqaləYuxun şirin olsun, əziz xalqım – Əli Zeynal
Növbəti məqalədəLiviya sahillərində miqrant gəmilərinin batması nəticəsində 250 nəfər ölüb