BMT: 20 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşib

Cənubi Sudan, Somali, Yəmən və Nigeriyada yaşanan humanitar böhran BMT-nin 1945-ci ildə təsis edildiyi andan ən irimiqyaslısıdır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen bəyan edib.
“Biz tarixin kritik dövrünü yaşayırıq. İlin əvvəlindən etibarən BMT tarixində ən irimiqyaslı humanitar böhranla üz-üzə qalmışıq.  Bü gün dörd ölkədə 20 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşib. Lazımi tədbirlər həyata keçirilməsə, insanlar aclıqdan öləcək, bir çoxları xəstəliklərə düçar olaraq həyatını itirəcək”, deyə S.Obrayen qeyd edib.