BMW Mini-ni İngiltərədən çıxarmağı düşünür

BMW, avtomobil dünyasında İngiltərənin ikonu kimi qəbul edilən Mini-ni Brexit ilə əlaqədar Böyük Britaniyadan kənara köçürməyi planlaşdırır.
1959-cu ildə Oksforddakı zavodunda istehsal edilməyə başlayan və 2001-ci ildə BMW ilə birləşən Mini-nin Brexit-dən mənfi təsir görəcək şirkətlərdən biri olacağı gözlənilir.
“Marja” xəbər verir ki, BMW-nin İcraçı Direktoru Harald Kruege, Mini istehsalının yerinin dəyişdirilə biləcəyinə işarə edib. Kruegerin açıqlamalarına görə, BMW, İngiltərənin Avropa Birliyindən çıxışına cavab olaraq “fərqli ssenarilər” üçün hazırlaşır və lazım olanda başqa bir yerə getməyi düşünür.
Mini modelinin çoxu Oksford zavodunda istehsal edilərkən, Hollandiya və digər zavodlarda da istehsal və montajlar həyata keçirilir.