Brent markalı neftin qiyməti düşüb

ICE London birjasında Brent markalı neftin bir bareli 2016-cı ilin dekabr ayından bəri ilk dəfə 53 dolların altına düşüb.
Brent markalı neftin may fyuçerslərinin qiyməti 5%-dən də aşağı düşərək hər barel üçün 52,96 dollar təşkil edib. WTI markalı neftin qiyməti isə ötən ilin dekabr minimumunu təzələyərək bir bareli 50,33 dollara satılıb.
Qeyd edək ki, neft qiymətlərdə düşüş ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatı barədə açıqlamasından sonra müşahidə olunub. Cari ildə fevralın 24-dən martın 3-ə qədər ehtiyatlar 8,22 mln barel artaraq 528,4 mln barelə çatıb. Analitiklər 1,97 mln barel artım gözləyirdilər.