Britaniya: baş nazir Brexitə start verən məktubu imzalayıb

Theresa May Böyük Britaniyanın Avropa İttifaqından gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb.
Lissabon Müqaviləsinin 50-ci maddəsi altında verilən rəsmi bildiriş Avropa Şurasının prezidenti Donald Tusk-a veriləcək.
İyun ayında Britaniya Avropa İttifaqını tərk etməklə nəticələnən referendum keçirib.
Xanım May-in məktubu çərşənbə günü Bakı vaxtilə saat 15:30-da Britaniyanın Aİ-dəki səfiri ser Tim Barrow tərəfindən cənab Tusk-a çatdırılacaq.
Nə baş verdi və verəcək?
  • 29 mart, 2017-ci il – Britaniya 50-ci maddəni çağırır
  • 29 aprel, 2017-ci il– Britaniyanın iştirakı olmadan 27 Aİ lideri sammit keçirərək Avropa Komissiyasına Britaniya ilə danışıqlar üçün mandat verir
  • May, 2017-ci il – Avropa Komissiyası danışıqlar təlimatını elan edəcək. Aİ, Aİ-Britaniya ticarət sövdələşməsinin gələcəkdə mümkün paralel danışıqları barədə nəsə deyə bilər
  • May/iyun, 2017-ci il – Danışıqlar başlayır
  • 23 aprel və 7 may, 2017-ci il – Fransada parlament seçkiləri
  • 24 sentyabr, 2017-ci il – Almaniyada parlament seçkiləri
  • Payız, 2017-ci il – Britaniya höküməti Aİ-dən çıxmaq üçün qanunvericilik təqdim edir
  • Oktyabr2018-ci il– Danışıqlar başa çatmalıdır
  • 2018-ci ilin oktyabr və 2019-cu ilin mart ayları arası – Parlament, Avropa İttifaqı Şurası və AK mümkün müqavilələri səsverməyə qoyur
  • Mart2019-cu il – Britaniya rəsmi olaraq Aİ-dən çıxır