“Financial Times” yazır ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsündən (EİTİ) çıxması onun Avropanın qaz təchizatı üçün kəmər çəkilişindəki payı üçün milyardlarla dollarlıq kredit almaq perspektivlərini ciddi əngəlləyə bilər.
Bakı, dünya hökumətlərinin və şirkətlərinin təmsilçilərindən ibarət EİTİ (Extractive Industries Transparency Initiative) qrupunu, təşkilat Azərbaycanın bu qurumdakı fəaliyyətini dayandırdıqdan sonra tərk edib.
Məqalədə deyilir ki, Azərbaycanın təşəbbüsdəki fəaliyyətinə onun vətəndaş cəmiyyəti azadlığı ilə bağlı narahatlıqlara cavab verməməsi olub.
“Financial Times” yazır ki, Azərbaycanın qurumu tamamilə tərk etmək qərarı ölkənin 46 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsindəki iştirakını risk altında qoyur. Beləki, Azərbaycan bu layihədəki payını ödəmək üçün kredit almaq niyyətindədir, amma indi ona bu borcu verməyə bilərlər.
Məqalədə deyilir ki, Dünya Bankı bu layihənin payçılarından olan BP şirkətinə 400 milyon dollarlıq kredt verib və hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı da kreditin verilməsi üçün danışıqlar prosesindədir.
Bu üç təşkilatın üçü də, başqa 100-dək şirkət və maliyyə qurumu ilə yanaşı EİTİ üzvüdürlər.
EITI könüllü təşkilat olsa da, Bakının qurumu tərk etmək qərarı qaz kəmərinin sponsorlarını kommersiya maraqları ilə təşəbbüsün şəffaflıq və yaxşı idarəçilik prinsiplərinə əməl etmək seçimi qarşısında qoyacaq.
Lakin Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümçov deyib ki, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılması barədə qərar ədalətsiz olub.
O əlavə edib ki, EİTİ üzvülüyü ilə Cənubi Qaz Dəhlizi üçün maliyyə əldə edilməsi arasında birbaşa əlaqə yoxdur.
“Biz prinsipləri yox, təşkilatı tərk edirik. Azərbaycan mədən sənayesində şəffaflıq və hesabatlılıq prinsiplərini tərk etmir. Biz neft gəlirlərimiz barədə bütün materialları açıqlamaqda davam edəcəyik” – deyib Mövsümov.
Banklar və şirkətlər nə düşünür?
