Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirilir.
APA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzi ümumilikdə 37230 şagirdin imtahan verəcəyini bildirib,
Onlardan 34116-sı 9-cu sinif şagirdləridir. İmtahanda iştirak edən ən çox şagird sayı Cəlilabad rayonunda – 2473 nəfər, ən az isə Sədərək rayonundadır – 89 nəfər.
İlkin peşə-ixtisas təhsili müəssilərinin buraxılış imtahanında isə 3114 nəfər 11-ci sinif şagirdi qatılır.
Saat 11:00-da başlayan imtahanların keçirilməsi üçün ümumilikdə 113 imtahan mərkəzi ayrılıb.
İmtahanların idarə olunmasına ümumilikdə 269 imtahan rəhbəri, 3091 nəzarətçi müəllim ayrılıb.
Əvvəlki məqaləAzərbaycan ötən il Gürcüstan iqtisadiyyatına təqribən 600 mln. dollar yatırıb
Növbəti məqalədəHollandiyada polis Erdoğana dəstək mitinqini dağıdıb