Buraxılış imtahanına telefonla gələn 3 nəfərin imtahan nətiəsi ləğv edilib

Martın 5-də keçirilən buraxılış imtahanlarda 3 nəfər telefonla imtahan binasına daxil olub.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: “Dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq, şagirdlər yenə də telefon gətiriblər. Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz”.
Qeyd edək ki, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirilib. İmtahanlarda ümumilikdə 40 min şagird iştirak edib.