Çempionlar Liqasının növbəti oyunları: “Barsa”dan fantastik geri dönüş (6-1)

Photo: AFP Lluis GENE
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.
Əsas diqqətlər Barselona PSG oyununa yönəlmişdi. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə məğlub olan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşırdı.
Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmalıydılar. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Cavani-nin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkdi. Lakin görüşün sonluğu inanılmaz oldu. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrique-nin komandası 6:1 hesablı fantastik qələbə qazandı.
Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir.
“Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1
Qollar: 
Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun – 0:4
“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0
Qollar: 
Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun – 0:1