Çində dünyanın ən böyük qızıl yatağı aşkar olunub

Çinin Şandun vilayətində dünyanın ən böyük qızıl yatağı tapılıb.
Modern.az  xəbər verir ki, Çzyaodun yarımadasında tapılan yataqda 382 ton qızıl tapılıb.
Onun ümumi ehtiyatları 22 milyard dollar səviyyəsindədir.
2 kilometr məsafəyə uzanan yataqda qızıl qatının qalınlığı 67 metrdir. Ekspertlər qızıl yatağının yaxın 40 il ərzində fasiləsiz istismar olunacağını deyirlər.