DÇ-2018: Azərbaycan millisinin əsas rəqibləri qələbə qazanıb

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V tura yekun vurulub.
“Report”un məlumatına görə, üçüncü oyun günündə “C”, “E” və “F” qruplarında üst-üstə 9 oyun keçirilib.
C qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığmasına 1:4 hesabı ilə uduzub. Bundan yararlanan Çexiya səfərdə San-Marinonu 6:0 hesabı ilə yenərək, 8 xalla 3-cü pilləyə qalxıb. Şimali İrlandiya isə Norveç üzərində 2:0 hesablı qələbə sayəsində 10 xalla 2-ci pillədə möhkəmlənib. 7 xala malik Azərbaycan isə 4-cü pilləyə enib.
E qrupunun lideri Polşa səfərdə 2-ci sıradakı Monteneqronu yenməyi bacarıb. Lakin Rumıniya Polşanı məğlub edə bilmədiyi üçün Monteneqro ikinci pillədə qalıb. Ermənistan isə autsayder Qazaxıstanı məğlub edərək, xallarını 6-ya çatdırıb.
F qrupunda turnir cədvəlinə başçılıq edən İngiltərə Litvanı 2 qolla üstələyib. Sloveniya Şotlandiya ilə səfər matçında son dəqiqədə qapısında qol görüb. Əvəzində Slovakiya Maltanı səfərdə yenərək, ikinci pilləyə yüksəlib.
C qrupu
20:00 Azərbaycan – Almaniya – 1:4
Qol:Dmitri Nazarov, 31 – Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45
20:00 San-Marino – Çexiya – 0:6
Qollar: Antonin Barak, 17; 24. Vladimir Darida, 19; 77-penalti ilə. Teodor Cebre Selassi, 26. Mixael Krmençik, 43
22:45 Şimali İrlandiya – Norveç – 2:0
Qollar: Ceymi Uord, 2. Konor Vaşinqton, 33
Xal durumu: Almaniya – 15, Şimali İrlandiya – 10, Çexiya – 8, AZƏRBAYCAN – 7, Norveç – 3, San-Marino – 0.
E qrupu
20:00 Ermənistan – Qazaxıstan – 2:0
Qollar: Henrik Mxitaryan, 73. Araz Özbilis, 75
22:45 Rumıniya – Danimarka – 0:0
22:45 Monteneqro – Polşa – 1:2
Qollar: Stefan Miqoşa, 63 – Robert Levandovski, 40. Lukaş Pişçek, 82
Xal durumu: Polşa – 13, Monteneqro – 7, Danimarka – 7, Rumıniya – 6, Ermənistan – 6, Qazaxıstan – 2.
F qrupu
20:00 İngiltərə – Litva – 2:0
Qol:CermeynDefo,22. Ceymi Vardi, 66
22:45 Malta – Slovakiya – 1:3
Qollar: Jan Pol Farrucia, 14 – Vladimir Vayss, 2. Yan Qrequş, 41. Adam Nemets, 84
Qırmızı vərəqə: Adam Nemets, 90+1 (Slovakiya)
22:45 Şotlandiya – Sloveniya – 1:0
Qol: Kris Martin, 88
Xal durumu: İngiltərə – 13, Slovakiya – 9, Sloveniya – 8, Şotlandiya – 7, Litva – 5, Malta – 0.