Donald Trump 57 ölkəyə hələ də səfir təyin etməyib

ABŞ prezidenti Donald Trump 57 ölkəyə hələ də səfir təyin etməyib.
“Report” xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.
D.Trump bu il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra ölkəsinin bir sıra dövlətlərdəki səfirlərini işdən çıxarıb. Məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.
Səfir vəzifəsinə namizədlər Senatın Baş Məclisində təsdiq olunmalıdır.
Yuta ştatının keçmiş qubernatoru, 2009-2011-ci illərdə ABŞ-ın Çindəki səfiri kiçik Con Xantsmanın Rusiyaya səfir təyin ediləcəyi haqda da xəbərlər yayılıb. Onun atası, böyük Con Xantsmana respublikanın yaranmasında göstərdiyi səylərə görə Ermənistanın vətəndaşlığı verilib. Milyader böyük Conun bir vaxtlar Yerevanda zavodları olub.