Donald Trump və Angela Merkel Ağ Evdə görüş keçirib

President Donald Trump meets with German Chancellor Angela Merkel in the Oval Office of the White House, Friday, March 17, 2017, in Washington. (AP Photo/Evan Vucci)
ABŞ prezidenti Donald Trump və Almaniya kansleri Angela Merkel Ağ Evdə görüş keçirib. Tərəflər NATO, qlobal ticarət və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.
Ağ Ev görüşü Trump-ın qələbəsinin gözlənilməz olduğu Qərbin ən nüfuzlu ölkəsinin lideri ilə ilk təkbətək görüşdür.
Trump-ın Merkel-i Avropanı liberal mühacirət siyasəti ilə idarə etdiyinə görə günahlandırması, NATO ilə bağlı şübhələri və ticarət müharibəsinə dair ehyamından sonra liderlər arasında gərginlik yaranıb.
Merkel öz növbəsində Trump-ın 6 müsəlman ölkəsindən ABŞ-a səyahət qadağası tətbiq etməsinə tənə vuraraq, Amerika ilə Almaniya arasında hər bir əməkdaşlığın yer, dəri, din, gender, seksual ariyentasiya və siyasi baxışlardan asılı olmayaraq, demokratik dəyərlər, azadlıq və qanunun aliliyinə ehtirama əsasən mümkünlüyünü xatırladıb.
Liderləri bir neçə mübahisəli məsələnin həlli gözləyir. Bunlar NATO, Avropa İttifaqı kimi məsələlərdir ki, ekspertlər artıq əməkdaşlıq toxumlarının səpildiyini düşünür.
Liderlər Trump-ın təklif etdiyi sərhəd vergiləri məsələsini də gündəmə gətirib. Görüşdən əvvəl Almaniyanın iqtisadiyyat naziri Ümumdünya Ticarət Təşkilatına Trump-ın təklifi ilə bağlı şikayət ünvanlayacağı ilə hədələyib.
Merkel-lə Trump-ın cari həftənin əvvəlinə planlaşdırılan görüşü hava şəraiti səbəbi ilə yubadılıb.