Facebook istifadəçilər barədə məlumatların izləmə üçün istifadəsini qadağan edib

Facebook proqramçılar üçün istifadəçilərin sosial şəbəkələrdəki məlumatlarından müşahidə məqsədilə istifadə olunmasını qadağan edib.
Şirkətin bəyanatına görə, bu yolla o özünün mövcud siyasətini dəqiqiləşdirir.
“Proqram yazanlar nəzarət etmək üçün toplanan məlumatlardan istifadə edə bilməzlər”.
Ötən il Amerika Vətəndaş Azadlıqları İttifaqı Facebook və İnstagram-ın istifadəçilər barədə məlumatları hüquq-mühafizə orqanları üçün müşahidə proqramları hazırlayan Geofeedia şirkətinə verdiyini aşkar edib.
Beləliklə, bunun nəticəsində hüquq-mühafizə orqanları mitinqlərdə və aksiyalarda iştirak edənlərə, o cümlədən Ferguson şəhərindəki etiraz nümayişlərinə nəzarət edə bilib.
Bundan sonra şirkət Geofeedia-nın məlumatlara girişini dayandırıb.
Facebook şirkəti əmin edir ki, müşahidə üçün proqramlar yaradanlara və hazırlayanlara qarşı tədbirlər görülüb.
“Bizim məqsədimiz siyasətimizi birmənalı etməkdir”, – deyə şirkətin təhlükəsizlik məsələləri üzrə direktor müavinu Rob Sherman bildirib.