Fransada məhkəmə keçmiş SSRİ-dən olan 22 nəfər barəsində hökm çıxarıb

Fransada məhkəmə keçmiş SSRİ ölkələrindən olan və mütəşəkkil cinayətkar qruplaşma yaratmış şəxslər barəsində 8 aydan 9 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxarıb.
“Report”un  xəbərinə görə, 22 nəfərlik qruplaşmanın üzvləri müxtəlif cinayət əməllərində müqəssir biliniblər. Qruplaşma üzvləri 2011-ci ildən 2013-cü ilədək müxtəlif cinayət əməlləri törədiblər.
Bordo şəhərinin məhkəməsi oğurluqlarda, zorla pul qoparmaqda, qaçaqmalçılıqda və digər cinayətlərdə müqəssir sayılan Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistandan olan şəxslərin cinayətlərini sübuta yetirib.
Cinayətkar dəstənin 41 yaşlı rəhbəri Artur Yüzbaşıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.