Fransız millətçi Le Pen-in Rusiyaya səfəri başlayıb

Fransanın millətçi lideri Marine Le Pen Rusiyaya səfərində yüksək vəzifəli rəsmilərlə danışıqlar aparmaq niyyətindədir.
Moskvada “Milli Cəbhə” (Front Nationale) lideri Rusiya millət vəkilləri ilə görüşəcək, lakin onun prezident Vladimir Putin-lə danışıqlar keçirib-keçirməyəcəyi hələ ki, bilinmir.
Xanım Le Pen Rusiya və Fransa arasında sıx əlaqələrin tərəfdarıdır və Avropa İttifaqının Krımın Ukraynadan Rusiyaya ilhaqına görə Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını istəyir.
Kremlin də xanım Le Penə münasibəti müsbətdir, BBC-nin müxbiri bildirir.
Xanım Le Penin Rusiyaya 2011-ci ildən indiyədək 4-cü səfəri Fransada aprelin 23-ü və mayın 7-si keçiriləcək iki prezident seçki mərhələsindən əvvəl baş tutur.
Parisdən BBC-nin müxbiri Hugh Schofield xanım Le Pen-in hər dəfə Moskvaya səfər etdikdə üzləşdiyi hörməti başqa paytaxtlarda nadir halda tapacağını deyir.
Onun kimi populist millətçilər üçün prezident Putin-in öz ölkəsinin maraqlarını hər şeydən irəli sürən və güclü avtoritar lider imici çox cəlbedicidir, müxbir bildirir.
“Milli Cəbhə” partiyasının xəzinədarı Wallerand de Saint-Just xanım Le Penin səfərinin sadəcə bir maddi yardım üçün cəhd olmadığını deyir, lakin partiya üzvləri prezident və parlament seçkiləri üçün kampaniyaları maliyyələşdirmək üçün milyonların ardında olduqlarını deyiblər, Associated Press xəbər agentliyi bildirir.
Fransada keçirilən ən son rəy sorğuları xanım Le Pen-in populaylığını mərkəzçi namizəd Emmanuel Macron-la bərabər olduğunu göstərir, lakin sorğular həmçinin cənab Macron-un seçkinin ikinci mərhələsində qalib gələcəyinə böyük ehtimal olduğunu göstərir.