Gürcüstanda NATO bazasının yaradılması təklif edilib

Gürcüstan ərazisində NATO bazasının yaradılması təklif edilib.
APA-nın məlumatına görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Vladimir Çaçibaya deyib.
“NATO-nun Qara dənizdə güclənməsi imkanlarından biri Şimali Atlantika bloku hərbi gəmilərinin dənizə fərdi səfərləridir. Lakin bunun qarşısını Montro Konvensiyası alır. Digər çıxış yolu NATO-nun Gürcüstan və Ukrayna hərbi donanmalarının gücləndirilməsinə yardım etməsidir. Bu isə böyük maliyyə tələb edir. Əvəzində Gürcüstanın sahil zolağında, strateji əhəmiyyət daşıyan Poti limanında sahil mühafizəsi bazası yaratmaq olar“, – deyə V. Çaçibaya söyləyib.
Qeyd edək ki, NATO Qara dənizdə mövqelərini gücləndirməyə qərar verib.