Havar Məmmədov rektor kimi fəaliyyətini davam etdirir

Prezident İlham Əliyevin sərəncamı ilə Havar Məmmədov ötən ilin sonunda yaradlan Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, H.Məmmədov ötən il “Qafqaz” Universitetinin rektoru təyin edilmişdi və universitet bu ilin əvvəlində ləğv edilib. Universitetin əmlakı, binası da daxil olmaqla, Bakı Mühəndislik Universitetinə verilib.
“Qafqaz” Universiteti türkiyəli din xadimi Fətüllah Gülənin “Hizmət” Hərəkatı ilə bağlı bağlanıb. Belə ki, Ankara F.Güləni dövlət çevrilişinə cəhdin təşkilində ittiham edib.
Bundan öncə H.Məmmədov Azərbaycan Texniki Universitetinə rəhbərlik edib.