Hollandiyada polis Erdoğana dəstək mitinqini dağıdıb

Hollandiyanın Rotterdam şəhərində Türkiyənin nazirinə konsulluğa girmək icazəsi verilmədikdən saatlar sonra, polis prezident Recep Tayyip Erdoğana dəstək mitinqini pozub.
Türkiyəli nazir daha sonra Almaniya sərhədinə qədər müşayiət edilib və ölkədən çıxarılıb.
Nazir yol boyu Twitterdə acıqlı tvitlər atıb.
Polis iki ölkə arasında diplomatik qalmaqal qızışan kimi konsulluq qarşısında toplaşmış nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Məlumatlara görə, aksiya iştirakçıları polis maşınlarına hücum edib və onlara butulka atıb.
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiyada yaşayan türklərin referendumda dəstəyini almaq üçün şənbə günü buraya gəlib.
Lakin o şəhərə çatanda Hollandiya hakimiyyəti ona konsulluğa daxil olmağa icazə verməyib.
Gələn ay Türkiyədə cənab Erdoğanın səlahiyyətlərini genişləndirməsinə gətirə biləcək referendum keçiriləcək.
Ms Kaya was then escorted by police to the German border, Dutch Prime Minister Mark Rutte confirmed early on Sunday morning.
In a Facebook post, Mr Rutte said attempts to find a “reasonable solution” to the countries’ differences had proved “impossible”, while dismissing Ms Kaya’s arrival in Rotterdam as “irresponsible”.
Hollandiyanın baş naziri Mark Rutte Facebook-da bildirib ki, ölkələrin fərqliliklərinə “uyğun həll” tapmaq cəhdləri “qeyri-mümkündür”.
Xanım Kayanın Rottemdama gəlişini isə o, “məsuliyyətsizlik” adlandırıb.
Almaniya, Avstriya və Hollandiyada milyonlarla türkiyəli yaşayır və “Hə” kampaniyası onların səsini cəlb etməyə çalışır.