Hüsnü Mübarək 6 illik həbsdən sonra azadlığa buraxılıb

Misirin 2011-ci ildəki iğtişaşların ardınca həbs olunan sabiq prezidenti Hüsnü Mübarək, altı il sonra azadlığa buraxılıb.
Abzas.net  BBC-yə istinadən xəbər verir ki, vəkili Fərid əd-Dib Mübarək’in hərbi hospitaldan bu gün çıxaraq evinə gediyini açıqlayıb.
Mübarək 2011-ci ildə başlayan kütləvi etiraz aksiyaları zamanı nümayişçiləri öldürmə ilə ittiham olunurdu.
Qahirənin kassasiya məhkəməsi isə bu ay Mübarək barəsində bəraət qərarı çıxarıb və o, azadlığa buraxılıb.
Qahirədə Tahrir meydanında başlayan üsyanlar Mübarək’in 30 illik iqtidarını devirmişdi.
88 yaşlı Mübarək 1981-ci ildə Misirin o vaxtkı prezidenti Ənvər Sədat’ın suiqəsdə qurban getməsinin ardından iqtidara gəlmişdi.