İcra başçısı müavininin arvadı özünü asıb

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib. Məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
Məlumatla bağlı əlavə dəqiqləşdirmələr aparmağa çalışırıq.