İranda “S 300” zenit-raket kompleksi sınaqdan keçirilib

İranda “S 300” zenit-raket kompleksi sınaqdan keçirilib.
APA xəbər verir ki, sınaq “Dəmavənd” təlimləri zamanı baş tutub.
Təlimlərdə İranın yüksək çinli zabitləri və rəsmiləri iştirak ediblər.
“Dəmavənd” təlimi  “S 300” zenit-raket kompleksinin Pilotsuz Uçan Aparatları (PUA) və raketləri məhv etmək qabiliyyətini yoxlamaq məqsədi ilə keçirilib.
Sınaqlar uğurla başa çatıb.