İŞİD Çini terrorla hədələyib

İŞİD qruplaşması Çini ilk dəfə hədələyib.
Modern.az xəbər verir ki, qruplaşmanın hazırladığı videoçarxda Çin Xalq Respublikasının sədri Si Tzinpinin portreti alovlara qərq olur, Çini isə “qan gölü”nünü gözlədiyi bildirilir.
Ehtimal olunur ki, videoçarxın hazırlanmasında Çindən gəlib radikallara qoşulan 100-300 arasında uyğur separatçısının adı ilə bağlıdır. Rəsmi Pekin isə uyğur separatçılarının Suriyada özləri üçün düşərgə qurduqları və yeni terror aktları planlaşdırdıqlarını bildirib.