İŞİD lideri tərəfdarlarını dağlara çəkilməyə çağırıb

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına ünvanladığı müraciətdə son döyüşlərdə məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq ərazilərə sığınmağa çağırıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən məlumat verir.
Naynava vilayətindəki mənbənin “Alsumaria” telekanalına verdiyi məlumata görə, Əl-Bağdadi çıxışını vida çıxışı adlandırıb, onu İŞİD vaizləri arasında yayıb və qruplaşmanın son vəziyyəti barədə məlumat verib.
Telekanal müraciətdə həmçinin silahlılara İraq və Suriyanın əlçətmaz dağlıq ərazilərinə çəkilməklə bağlı çağırış edildiyini də bildirib.
KİV-in məlumatına görə, Mosulun qərb hissəsində olan İŞİD liderləri şəhərdən qaçaraq canlarını qurtarmağa çalışırlar.
Əvvəlki məqalə“Hövsanda tikiləcək binalarda 3300 mənzil olacaq”
Növbəti məqalədəMasazırda sürüşmə nəticəsində 7 ev yararsız vəziyyətə düşüb