İsmayıllıda çayxanaya partlayıcı atılıb – yaralılar var

Arxiv
Bu gün axşam İsmayıllı rayonunda partlayış hadisəsi baş verib. APA-nın məlumatına görə, mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.
Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.  Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.