İstanbulda helikopter qəzaya uğrayıb, ölənlər var – [Foto]

İstanbulun Böyükçekmecə rayonunda helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
Abzas.net Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Atatürk havalimanından qalxan Eczacıbaşı holdinginə məxsus Sikorsky S-76 helikopteri Büyükçekmecə rayonunun ərazisində qülləyə çırpılıb. Məlumata görə, helikopterin içində 7 nəfər olub. Bələdiyyə sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin tapıldığını bildirib.
Rusiyanı RİA agentliyinin yaydığı məlumata görə, helikopter qəzası nəticəsində ölənlərdən 4-ü Rusiya vətəndaşıdır.