Jurnalistin cəbhə bölgəsində döyüldüyü deyilir

Jurnalist İlqar Vəliyev Ağdamda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə jurnalistin yaxınları məlumat yayıb. 
Abzas.net xəbər verir ki, jurnalist cəbhə bölgəsinə Qarabağda son baş verənlərlə bağlı gedib.
Məlumata görə, jurnalist Ağdamda qaldığı evdən mülkigeyimli şəxslər tərəfindən aparılıb. Onların İlqar Vəliyevi döydüyü və bədənində zərbə izlərinin qaldığı deyilir.
İlqar Vəliyev dünən çəkiliş üçün Ağdam rayonuna gedib. Bu gün səhər saatlarında isə Ağdamda saxlanılıb. Onun telefonunun, komputerinin və kamerasının əlindən alındığı bildirilir.
Hal-hazırda jurnalistin dəqiq harda saxlandığə bilinmir. Telefonuna zəng çatmağına baxmayaraq, heç kim cavab vermir.