Le Pen-nin qalib olması avronun qiymətinin düşməsinə səbəb ola bilər

Fransa prezident seçkilərində Le Pen-nin qalib gələcəyi təqdirdə avronun qiyməti dolların qiymətinə bərabər ola bilər. Bu barədə Bloomberg məlumat verir.
Məlumatlar iqtisadçılar arasında aparılan sorğuya əsaslanıb.
Ekspertlərin yarıdan çoxu (38-dən 23-ü) Avronun qiymətinin dolların qiymətinə bərabər və ya aşağı olacağını hesab edir. 12 nəfər 1-1,05 dollar arasında dəyişəcəyini bildirib.
Avronun düşməsinə səbəb Le Pen-in qalib gəldiyi təqdirdə avrodan imtina edərək, fransız frankına geri dönməyi təklif edəcəyidir. Analitiklər qeyd edir ki, bənzər qiymət düşməsi Britaniyada Brexit qərarı verildiyində də müşahidə edilmişdi.
Daha əvvəl Credit Suisse Le Pen-i 2017-ci ildə Avropada sabitliyə ən böyük risk adlandırmışdı. Təhlükə ondan ibarətdir ki, Le Pen qalib gələrsə Yunanıstanın maliyyələşməsi ilə əlaqədar danışıqlar daha da uzanacaqdır.
Qeyd edək ki, avro və dolların kursu ən son 2002-ci ildə bərabər olmuşdur.