M.Qəhrəmanlı: “MSŞK-nın öhdəlikləri Azərbaycandakı siyasi problemlər deyil”

“Azərbaycan MHŞT-ya prosesinə qoşulan şirkətlərin əsas hissəsi qeyri-şəffafdır. Bir çoxunda korrupsiya əlamətləri var”
Bu sözləri Abzas.net-ə açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Kimitəsinin rəhbəri Mirvari Qəhrəmanlı (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciətlərinə münasibət bildirərkən deyib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, Azərbaycanın bu qurumdan çıxarılması Azərbaycan MHŞT-ya prosesinə qoşulan şirkətlərin maraqlarına xidmət edəcək.
“Artıq bu şirkətlər prosesdə iştirak etmədiklərinə görə, heç bir öhdəlikləri olmayacaq və bu onların maraqlarına xidmət edir” – deyə M.Qəhərmanlı bildirib.
Mirvari Qəhrəmanlı deyir ki, Azərbaycan iqtisadi cəhətdən çətin durumdadır, iri neft layhələri var və bütün dünyada olduğu kimi Azərbaycan da iri neft layhələri üçün kreditlər götürür.
“Beynəlxalq maliyyə insitutlarının siyasətində yazılıb ki, o ölkələrə kredit verirlməsində üstünlük verirlər ki,  o ölkələr şəffaflıq prosesinə qoşulsun. Azərbaycanda iri layhələrdən biri də, “Şahdəniz-2”dir. Artıq bu layihəyə Dünya Bankı, Avropa Bankı və Asiya İnkişaf Bankı maliyyə ayıracaq. Azərbaycan bu qurumdan çıxarılsa, daha yüksək faizlərlə veriləcək” – deyə M.Qəhrəmanlı bildirib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, Mədən Sənayesində Şəffalıq Koalisiyasının üzərinə götürdüyü öhdəliklər Azərbaycandakı siyasi problemlər deyil.
“Azərbaycanda siyasi vəziyyətlə bağlı bir çox qurumlar var və onların öz missiyaları var. MHŞT-nın fəlsəfəsi ondan ibarətdir ki, ödədiyini açıqla. Orada standartlar var. Standartlarda göstərilir ki, bu koalisiyada təmsil olunan şəxslər siyasi partiya fəalları ola bilməz.  Azərbaycandakı vəziyyətlə bağlı bir çox koalisiyalar var, bu koalisiyanın qarşısında bununla bağlı bir öhdəlik yoxdur” – deyə Mirvari Qəhərmanlı bildirib.
Müraciətə imza atanlardan biri, Mehriban Vəzir isə bildirib ki, bir qrup adam istəyir ki, Azərbaycan bütün beynəlxalq hərəkatlardan təcrid olunsun.

“Mən və mənim kimi düşünən insanlar istəmirik ki, Azərbaycan beynəlxalq hərəkatlardan təcrid olunsun. İstəyirik ki, heç olmasa az da olsa hesablaşılsın. Elə təşkilatların üzvü qalsın ki, onlar heç olmasa bu hökumətə nəsə desinlər və hökumət də onlarla hesablaşsın. Biz bu ölkənin dərəbəyliyə çevrilməməsini istəyirik, biz bu ölkədə qanunların işləməsini istəyirik və istəyirik ki, Azərbaycan normal, sivil ölkə olsun, bütün beynəlxalq təşkilatlarda təmsil olunsun” – deyə Mehriban Vəzir bildirib.
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının (MSŞA) şura üzvlərindən sonra MSŞA QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.
Müraciətə imza atanlar MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək iclasında Azərbaycanın MHŞT-da üzvlüyünün saxlanması xahiş olunur.