Mehman Hüseynovu həbs etdirən polis rəisi qərardan narazıdır?

Nəsimi polisinin rəisi Musa Musayevin nümayəndəsi vəkil Əlirza Həbilov Mehman Hüseynovun hökmündən razı olub olmadıqları ilə bağlı açıqlama verib. Bu barədə vəkil Abzas.net-in sualını cavablandırıb. 
Əlirza Həbilov deyib ki, yekun qərarlarını Musa Musayevlə məsləhətləşdikdən sonra verəcəklər:
“Mehman Hüseynovun hökmü ilə bağlı xüsusi ittihamıçı ilə məsləhətləşib bir şey demək olar. İndi ki, halda bir şey deyə bilmərəm. Əgər bununla bğlı hər hansısa bir qərarımız olsa, bunu siz də biləcəksiniz, Mehman Hüseynovun müdafiəçiləri də”.
Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb onu məhkəməyə vermişdi.
Martın 3-də Suraxanı rayon məhkəməsi Mehman Hüseynovu CM-nin 147.2-ci maddəsilə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bloqqer məhkəmə zalında həbs olunub.
Mehman Hüseynov hazırda 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.