Mikheil Saakashvili teleaparıcı olacaq – [Foto]

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mikheil Saakashvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şounun aparacısı olacaq.
Bu barədə Sakashvili sosial şəbəkədə yazıb. O, həmçinin studiyanın fotolarını yayıb. Onun ilk qonağı Ukrayna parlamentinin deputatı Volodymyr Parasyuk olub.
“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, – deyə M.Saakashvili vurğulayıb.
V.Parasyuk ölkədə fərqli düşncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə gündəm yaratmağı bacarır.