MN: “Ermənistana məxsus PUA vurulub” – [Fotolar]

Cəbhədə Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. 
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.