Müsabiqə yolu ilə tutulacaq vəzifələrinin siyahısı açıqlanıb

Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsabiqə ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub.
Fins.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Sahibkarlığa Kömək Milli Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru və onların müavini vəzifələrinə qəbul müsabiqə qaydasında aparılacaq.
Bundan başqa, aşağıdakı oqranlara da qəbul müsabiqə yolu ilə baş tutacaq.
Naxçıvan Ali Məclisi,
Azərbaycan və Naxçıvanın İnsan hüquqları üzrə Müvəkkilləri (Ombudsman),
Naxçıvan Ali Məhkəməsi,
Naxçıvan Nazirlər Kabineti,
Apellyasiya məhkəmələri,
Hesablama Palatası,
Məhkəmə-Hüquq Şurası,
Milli Televiziya və Radio Şurası (MTRŞ),
Mərkəzi Seçki Komissiyası (MSK),
mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar,
Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının aparat rəhbərləri,
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri.
Eyni zamanda aparatlarda şöbə müdiri vəzifələrinə imtahanla qəbul həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında,
Hesablama Palatasının Aparatında,
Məhkəmə-Hüquq Şurasının Aparatında,
Ombudsman Aparatında,
Apellyasiya məhkəmələrinin Aparatında,
MSK-nın Aparatında,
mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların Aparatında,
Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının Aparatında,
MTRŞ-nın Aparatında,
Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında,
mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində,
Sahibkarlığa Kömək Milli Fondu Aparatında,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Aparatında,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatında,
ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrin,
hərbi məhkəmələrin aparatları.
Habelə Hesablama Palatası sədrinin köməkçisi, Ombudsmanın köməkçiləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müşavirləri, köməkçiləri, Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müşavirləri, köməkçiləri, MTRŞ sədrinin köməkçisi vəzifələrinə yiyələnmək üçün müsabiqədə iştirak mütləq olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalarla dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı təsnifatların sayı artırılıb.