Neftdən gəlirimiz 123 milyard dolları keçdi

Azərbaycan Dövlət Neft Fondu
Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından bu ilin iki ayı ərzində 993 milyon ABŞ dolları həcmində vəsait daxil olub.
Abzas.net-ə fonddan verilən məlumata görə, ARDNF-ə “AÇG” yataqları üzrə mənfəət neftinin satışından 2001-ci ildən 2017-ci il martın 1-dək ümumilikdə 123,102 mlrd. dollar vəsait daxil olub.