Polşada qəddar təcrübə yenidən təkrarlanıb

Polyak psixoloqlar, insanlara fiziki zərə vurmanı vəzifə borcunun bir hissəsi olduğunu ehtimal edən, destruktiv əmrə tabe olma mexanizmlərini müəyyənləşdirmək məsəqdilə həyata keçirilmiş Milgram təcrübəsinin analoqunu keçiriblər. 
Mütəxxəsislər hesab edirdilər ki, onların müasirləri bənzər davranışlara qadir deyil.
Təcrübələrin nəticələri Social Psychological və Personality Science jurnalında dərc olunub.
Mütəxəssislər təcrübə üçün 18-69 yaş arası bərabər sayda qadın və kişilərdən ibarət 80 nəfərlik qrup toplayıblar. Onların yarısına mükafat olarak qalanlarına cəza vermək (elektrik vermə) üçün 10 düymədən istifadə etmək imkanı verilib ki, düymələrin hər biri fərqli təsir gücünə malik olub.
Təcrübəyə təqribən 90 nəfər razılıq verib. Lakin zərərçəkənin qadın olduğu müəyyən olunduğu təqdirdə razılıqların sayı azalıb. Müəlliflər əslində heç bir iştrakçının elektriklə cəzalandırılmadığını qeyd edir.
Qeyd edək ki, Yel Universitetindən olan psixoloq Stenley Milgrem tərcübəni təqribən yarım əsr əvvəl, Holokostun baş vermə səbəblərini araşdırmaq, nasistlərin nəyin hesabına adamları öz tələblərinə tabe etdirdiklərini aydınlaşdırmaq və ümumiyyətlə destruktiv əmrə tabe olma mexanizmlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilib.