Putin bu etirazlara görə nə etməlidir? [Bloomberg]
Rusiyada 26 martda baş verən mitinqlərdən sonra Bloomberg Agentliyinin redaktorlar heyəti maraqlı məqalə ilə çıxıb edib. Abzas.net məqalənin tam mətnini təqdim edir.
Rusiyadakı yeni etirazlar Putin rejimində çatışmazlıqların olduğunu göstərir. Rusları gərginlərşdirən, səbrlərini daşdıran Putinin iqtidar üzərindəki nəzarəti və artan korrupsiyayadır. Xalqın şikayətlərini həll etməyin bir yolunu tapmazsa özü və ölkəsi üçün yaxşı nəticələnməyəcək.
Müxalifət lideri Aleksandr Navalny-nin Anti-Korrupsiya Fondunun baş nazir Dimitri Medvedevlə bağlı araşdırmalarına görə, bazar günü 80-dən çox şəhərdə 10 minlərlə insan etirazlara çıxdı.
İnternet üzərindən yayımlanan bir hesabat və filmə görə (Youtube-da 14 milyon çox baxış var), Dmitry Medvedev Rusiya daxilində və xaricdə malikanələr, yaxtalar da daxil olmaqla 1 milyard dollardan çox sərvətə malikdir. Bu sərvətin bir hissəsi isə Rusiya hakimiyyəti tərəfindən dəstəklənən biznesmenlər tərəfindən verilib.
Baxmayaraq ki, etirazlar 2011 və 2012-ci il seçkilərindən sonra keçirilən etirazlardan bir az kiçik idi, lakin etirazçıların əksəriyyətini gənclər təşkil edirdi. On ildən çoxdur ki, Putin müttəfiqlərini zənginləşdirmək, müxalifləri əzmək üçün bütün hüquqları ayaq altına alır.
Bu cür yanaşma isə yeniliyə meylli insanların, xüsusi ilə gənclərin seçim şanslarını azaldır. Saxtalaşdırılmış seçkilər hakimiyyəti əldə saxlasa da, həm də xalqla əlaqələri kəsir.
26 mart 2017, hakimiyyət əleyhinə mitinq, Rusiya
Bəs Putin nə edə bilər?
Çətin olsa da Medvedevi qurban vermək – geniş mənada sistemin yerində qalması üçün, daha kiçik güzəştlərə getmək. Etirazlara ən yaxşı cavab korrupsiyanı aradan qaldırmaq, mülkiyyət hüquqlarına hörmət etmək, azad və ədalətli seçkilər keçirməkdir.
Bu isə ən kiçik ehtimaldır, çünki bütün bunlar Putinin iqtidarından vaz keçməsi deməkdir. Lakin işlər göründüyündən daha təhlükəlidir. Ruslar bezdikdə və dəyişim üçün başqa yol görmədikdə, inqilaba əl ata bilərlər. Bu isə Putin rejimi üçün daha pis ola bilər.
2018-ci ildə Rusiyada baş tutacaq növbəti prezident seçkiləri Putinə düz yola addım atmaq üçün bir şansdır. Kremlin hər cür maneə yaratmasına baxmayaraq, Navalny bu seçki yarışına qatılmağa çalışır.
Navalny ilə işləmək rejim üçün bir şans, mövcud problemləri həll etmək üçün yeni ideyalar gətirə bilər. Əgər Putin özünün yüksək reytinqinə inanırsa, bəs niyə bu kiçik yarışdan qorxur?