Putin-Sarkisyan görüşünün yekunları barədə

Rusiya Dağlıq Qarabağ ətrafında vəziyyətin nizamlanması yollarının axtarışına yardım göstərməkdə davam edir. Bunu RF prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlarının yekunları ilə bağlı bildirib.
“Dağlıq Qarabağ nizamlanması mövzusuna ayrıca diqqət yetirdik. Rusiya həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də Yerevan və Bakı ilə birbaşa əlaqələr  zamanı münaqişənin qarşılıqlı məqbul həllinə hər cür yardım göstərməyə davam edir”, – Putin deyib.
O qeyd edib ki, Moskva və Yerevan KTMT çərçivəsində konstruktiv əməkdaşlığı davam etdirirlər.
Qeyd edək ki, ötən gün Ermənistan prezidenti MDBMİ-də çıxışı zamanı Moskvanı Rusiya hərbi bazasının yerləşdiyi Gümridə Ermənistanla birgə hərbi-sənaye kompleksi yaratmağa çağırıb.
Ermənistan və Azərbaycan prezidentlərinin görüşün yekunlarına dair birgə bəyanatında deyilir ki, Rusiya və Ermənistan regional və beynəlxalq təhlükəsizliyin təminatı məqsədilə planlı hərbi və hərbi-texniki əməkdaşlığı davam etdirirlər.
Bəyanatda Qarabağ mövzusu ilə bağlı deyilir ki, “iki prezident Dağlıq Qarabağ nizamlanmasının dinc yolla, güc tətbiq etmədən və ya güc barədə təhdid olmadan, dövlətlərin ərazi bütövlüyü çərçivəsində, xalqlarln öz müqəddəratını təyinetmə hüququ əsasında nizamlanmasına sadiq olduqlarını bildiriblər”.
Prezidentlər 2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən sammitlərdə münaqişə zonasında vəziyyətin gərginləşməsinə yol verilməməsi, durumun sabitləşməsi, dinc prosesin irəliləməsi üçün şəraitin yaradılması ilə bağlı əldə olunan razılaşmaların  yerinə yerirılməsinin vacibliyini vurğulayıblar.