Qvatemalada baş vermiş yanğın zamanı ölənlərin sayı 40-a çatıb

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40 nəfərə  çatıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Hazırda ölkənin tibb müəssisələrində 15 yeniyetmə müalicə alır, onlardan 10-nun vəziyyəti ağır kimi qiymətləndirilir. Dörd nəfər ağır yanıq xəsarətləri alan yeniyetmə qız müalicə üçün ABŞ-a göndərilib.
Martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib.  Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir. Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş.