Rusiyanı anti-korrupsiya mitinqləri bürüyüb [Foto-video]

Martın 26-da Rusiyanın bir çox şəhərində anti-korrupsiya mitinqi keçirilib. Mitinqlərin əksəriyyəti hökumət qurumları ilə razılaşdırlmamış olub. Yüzlərlə aksiya iştirakçısının polis tərəfindən saxlanıldığı bildirilir. 
Müxalifət fəalı Aleksandr Navalny Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb.
AzadlıqRadiosunun məlumatına görə, bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.
Navalny: “Günün əsas mövzusu korrupsiyayla mübarizədir”
Müxalifət fəalı Aleksandr Navalny saxlanılandan sonra Twitter mesajında etirazçıları aksiyaları davam etdirməyə çağırıb. O yazır:
“Uşaqlar, mən yaxşıyam. Məni azadlığa çıxarmaqla məşğul olmayın. Tverdə yürüşü davam etdirin. Gününəsas mövzusu korrupsiyayla mübarizədir”.
Moskvada keçirilən aksiyada 130-dan çox adam həbs olunub. Aksiya təzə başlayanda isə polis Tver küçəsində Aleksandr Navalny-ni saxlamışdı.
Aksiyada “Putinsiz Rusiya” şüarları səslənib. Aksiyaçılar baş nazir Dimitri Medvedevin də istefasına çağırıb.
Martın 26-da müxalifət fəalı Aleksandr Navalny-nın təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.
Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.
Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.
Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.
Polis Korrupsiya Qarşı Mübarizə Fondunun Moskva ofisinin bütün əməkdaşlarını saxlayıb. Bundan əvvəl isə ofisin işıqları kəsilmişdi. Qurumun ofisindən Rusiyada korrupsiya əleyhinə keçirilən mitinqlər online rejimdə yayımlanırdı.