Sabahın havası: Güclü külək əsəcək

Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Abzas.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 29-30-da bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir.