Trump-ın kürəkəni Rusiya-Trump əlaqələrilə bağlı sorğu-sual ediləcək

Rusiya ilə Trump komandasının əlaqələri barədə iddiaları araşdıran ABŞ-ın parlament komitəsi prezident Donald Trump-ın kürəkəni və müşaviri Jared Kushneri sorğu-sual edəcək.
Cənab Kushner Senatın Kəşfiyyat Komitəsinə könüllü şəkildə danışmaq istədiyini bildirib, Ağ Ev bildirir.
Parlament komitəsi ötən ilki prezident seçkilərinə Rusiyanın müdaxiləsilə bağlı iddiaları araşdırır.
ABŞ kəşfiyyat qurumları hesab edir ki, Rusiyanın kibermüdaxiləsi Hillary Clinton-un məğlub edilməsi niyyəti ilə həyata keçirilib.
Rusiya iddiaları rədd edir, Donald Trump isə onları “saxta xəbər” kimi dəyərləndirib.
Rusiya ilə iddia edilən əlaqələr üzrə iki parlament araşdırması davam edir.
Daha bir təhqiqat FTB tərəfindən aparılır.
Cənab Kushner Donald Trump-ın qızı İvanka ilə evlənib.
Bu arada demokratların nümayəndələri araşdırmaya başçılıq edən Senat Kəşfiyyat Komitəsinin rəhbəri Devin Nunes-in istefasına çağırırlar.
Demokratların lideri Nancy Pelosi hesab edir ki, Donald Trump-ın mümkün izlənilməsi barədə bəyanatdan əvvəl Devin Nunes-in gizli şəkildə Ağ Evə baş çəkməsi araşdırmanın mötəbərliyinə kölgə salır.
Cənab Nunes deyir ki, o Ağ Ev-ə məxfi mənbənin verdiyi məlumatla tanış olmaq üçün getmişdi.
Senat komitəsini Rusiya rəsmilərilə təşkil edildiyi deyilən iki görüş maraqlandırır, rəsmilər New York Times qəzetinə bildiriblər.
Əvvəlki məqaləRusiya DİN-in idarə rəisi öldürülüb
Növbəti məqalədə“Etibarsız” saytların bağlanması davam edir