Trump səhiyyə ilə bağlı qanun layihəsini Konqresdən keçirə bilmədi

ABŞ prezidenti Donald Trump-ın “Obamacare” tibbi sığorta sisteminin əvəzlənməsinə yönələn qanun layihəsi Konqresdən keçməyib.
Abzas.net xəbər verir ki, Trump Nümayəndələr Palatasının spikeri Paul Ryan-dan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.
Nümayəndələr Palatasında 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti Trump-ın təşəbbüsünün əleyhinə çıxış edib. Demokratlarla bərabər Respublikaçılar da yeni qanun layihəsinə qarşı olublar.
Barack Obama-nın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin hesabına sığortalanmasını nəzərdə tutur. Məlumatlara görə, 20 milyona yaxın amerikalı “Obamacare”dən fayalanır.