Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq.
“Report”un verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Bu rejim 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra iyulun 20-dən tətbiq edilib. Türkiyə Böyük Millət Məclisi sonuncu dəfə bu il yanvarın 20-də bu rejimin tətbiqinin 3 ay uzadılması haqqında layihəni qəbul etmişdi. Onun müddəti aprelin 20-də başa çatır.